...

Bu gün Qırğızıstanda Beynəlxalq "Ayaz Baba" festivalının açılışı olacaq

Dünya xəbərləri Materials 6 Fevral 2009 06:29 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 6 fevral / Trend müxbir R.Мəşədihəsənli/ Bu gün Qırğızıstanın İssıkgöl bölgəsində Beynəlxalq "Ayaz Baba" festivalının açılışı olacaq. Bu barədə cümə axşamı Trend müxbirinə Qırğızıstan hökuməti yanında Dövlət Turizm Komitəsinin sədri Turuzbek Mamaşov məlumat verib.

Mamaşovun sözlərinə görə, fevralın 6-8 arası keçiriləcək "Ayaz Baba" Beynəlxalq festivalında Türkiyə, Rusiya, ABŞ, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Kanada və ümumilikdə 16 ölkənin təmsilçiləri iştirak edəcək. Keçən ilki festivaldan fərqli olaraq bu il qaliblərə Qırğızıstan hökuməti tərəfindən xatirə hədiyyələri veriləcək.

Xəbər lenti

Xəbər lenti