Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir N.İsmayılova/ "Ötən il təxminən 100 min vergi ödəyicisi vergi bəyannamələrinin elektron şəkildə təqdim olunması sisteminə qoşulub. Ümumilikdə, 2008-ci ilin yekunlarına görə, vergi ödəyiciləri təxminən 850 min bəyannamə təqdim edib", - Azərbaycan vergilər naziri Fazil Məmmədov deyib.
"Bununla yanaşı, son iki il ərzində 15 yeni kompüter terminalı quraşdırılıb ki, ötən il onların xidmətindən 20 min ödəyici yararlanıb", - Məmmədov bildirib, Vergilər Nazirliyinin çərşənbə günü yayılmış məlumatında deyilir.
Onun sözlərinə görə, ötən il "vahid pəncərə" sistemi vasitəsilə 44 min sahibkarlıq subyekti qeydiyyatdan keçib. Onlardan 6471 nəfəri kommersiya hüquqi şəxslərdir. 2007-ci illə müqayisədə vergi orqanlarında qeydiyyatdan keçmiş kommersiya hüquqi şəxslərinin sayı 30 faiz artıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]