...

Gürcüstan prezidenti hökumətin hər vasitə ilə biznesə yardım göstərəcəyini vəd edib

Dünya xəbərləri Materials 13 Fevral 2009 12:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 fevral / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstanda məşğulluq probleminin həlli  daha çox ölkə biznesindən asılı olacaq. Bu barədə Gürcüstan parlamentində öləkədə vəziyyət barədə illik məruzə ilə çıxış edən ölkə prezidenti Mixail Saakaşvili bəyan edib.

"Biz Gürcüstanda biznes-mühitini daha da yaxşılaşdırmalıyıq. Biz biznesi, özəl mülkiyyəti mühafizə etməliyik və bu, Gürcüstan biznesinə yeni stimul verəcək", - deyə o bildirib.

Prezident qeyd edib ki, Gürcüstan hökuməti biznesin inkişaf etməsi və iş yerlərinin qorunub saxlanması üçün hər bir dəstəyi göstərəcək. "Ölkədə xeyli problem olmasına baxmayaraq, bizim biznesmenlər yeni iş yerlərinin açılması və öz bizneslərini inkişaf etdirmək üçün əllərindən gələni edirlər, bu, hazırkı şəraitdə qəhrəmanlıqdır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti