...

Iranın eks-prezidentinin həyat yoldaşı İraqda yol nəqliyyat hadisəsi nəticəsində yaralanıb

Dünya xəbərləri Materials 4 Mart 2009 12:56 (UTC +04:00)

İran, Tehran, 04 mart / Trend , müxbir A.Namdari /

İranın eks-prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin həyat yoldaşı İraqın Samerra şəhərində yol nəqliyyat hadisə nəticəsində ağır yaralanıb. Bu barədə İraq Ali Məclisinin rəsmi saytı məlumat verib.

İranın Məsləhət Şurasının sədri Rəfsəncaninin həyat yoldaşı və onunla birlikdə olan İranın sabiq Ali Dini rəhbəri Xumeyninin gəlini burun və çənə nahiyəsindən ağır yaralar alıblar. İlkin ehtimala görə, sürücü yüksək sürətlə maşını idarə etdiyi üçün avtomobili saxlaya bilməyib və maşın İraq ordusunun yoxlama aparmaq məqsədilə quraşdırdığı beton divara dəyib. Mühafizəçilər maşını dəyişərək yaralıları Bağdad şəhər xəstəxanasına çatdırıblar. Zərəçəkmişlər ilk tibbi yardım aldıqdan sonra mehmanxanaya qayıdıblar.

İran İslam Respublikasının Məsləhət Şurasının sədri Rəfsəncani martın 2-də İraqa ikigünlük səfər etmişdi. Səfər çərçivəsində o, İraq rəsmiləri ilə ikitərəfli görüşlər keçirərək, regional və beynəlxalq məsələləri, iqtisadi, mədəni və ticari əlaqələrin inkişaf yollarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti