...

Pakistan prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 7 Mart 2009 11:13 (UTC +04:00)

Pakistan prezidenti Asəf Əli Zərdari EKO - İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək sammitində iştirak etmək məqsədi ilə İrana səfər edəcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Pakistan prezidenti martın 11-də Tehrana səfər edəcək. Səfər zamanı prezident Zərdari İran rəsmiləri ilə regional məsələləri və İrandan Pakistan çəkiləcək qaz boru kəməri layihəsinin ("Sülh" boru kəməri) son vəziyyəti haqda müzakirələr aparacaq. Zərdarinin EKO sammitində iştirak edəcək digər ölkə başçıları ilə də görüşü nəzərdə tutulub.

EKO üzvü dövlətləri başçılarının sammiti martin 11-də Tehranda keçiriləcək. İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan EKO-ya rəsmi olaraq 1993-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv qəbul olublar. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Xəbər lenti

Xəbər lenti