...

Qazaxıstan Xalqları Assambleyasının Almatı şəhəri üzrə baş mütəxəssisi təyin olunub

Dünya xəbərləri Materials 8 Mart 2009 13:38 (UTC +04:00)

Qazaxıstan, Almatı, 8 / Trend , müxbir R.Məşədihəsənli/

Almatı şəhər akiminin sərəncamına əsasən Ardak Jalpasbeyeva Qazaxıstan Xalqları Assambleyasının Almatı şəhəri üzrə baş mütəxəssisi vəzifəsinə təyin olunub.

Jalpasbeyeva Trend müxbirinə bildirib ki, Almatı şəhəri meqapolis olmaqla yanaşı, burada demək olar Qazaxıstanda məskunlaşan 130-dan çox etnik millətlərin əksəriyyəti fəaliyyət göstərməkdədir.

"Qazaxıstan Xalqları Assambleyasının Almatı üzrə bölməsində artıq indidən bir sıra birgə proqramların və tədbirlərin həyata keçirilməsi üzrə iş planımızı təsdiqləmişik. Novruz bayramı münasibətilə Almatı şəhərindəki Ahıska Türkləri, Azərbaycan, Tatar, Uygur, Rus, Özbək, Alman, Yunan, dunqan və digər xalqların mədəniyyət mərkəzlərinin mahnı-rəqs qrupları, milli adət-ənənələri, mətbəxi və toxuma sənətlərini Novruz bayramı münasibətilə düzənləyəcəyimiz böyük proqramda nümayiş etdirəcəyik", deyə Ardak Jalpasbeyeva bildirib.

Xəbər lenti

Xəbər lenti