...

Türkiyə və digər ölkələrin Aİ-yə üzv olmalarına şərait yaratmalıyıq - İngiltərənin xarici işlər naziri

Dünya xəbərləri Materials 10 Mart 2009 12:04 (UTC +04:00)
Türkiyə və digər ölkələrin Aİ-yə üzv olmalarına şərait yaratmalıyıq - İngiltərənin xarici işlər naziri

Londonda "Qloballaşan dünyada Avropa İttifaqı" adı altında keçirilən toplantıda iştirak edən İngiltərənin xarici işlər naziri Devid Melliband Türkiyənin Aİ-yə tam hüqüqlu üzv olması üçün şərait yaradılmasının labüdlüyünü bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Avropa İttifaqına tam hüquqlu üzv olmağa çalışan Türkiyə və digər ölkələr üçün şərait yaradılmalıdır", -deyə Melliband bildirib.

Türkiyə-Aİ əlaqələri və əməkdaşlığı 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Tərəflər 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı rəsmi müzakirələrə başlayıblar. Son 3 ildə bu danışıqlarda 10 məsələnin müzakirəsinə başlanılsa da, Türkiyənin Aİ-yə tam hüquqlu üzv seçilməsinə səbəb olacaq məsələlərin müzakirəsi hələ də ləngidilir. Türkiyə mütəmadi olaraq Aİ ilə münasibətlərində vetolarla qarşılaşır. Bu vetolardan beşi Fransa tərəfindən, səkkizi Aİ-nin digər ölkələri tərəfindən qoyulub. On iki veto yalnız Kipr problemi ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti