...

Siyasi partiyaları bağlamaq keçmişdə qaldı - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 17 Mart 2009 11:11 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan yerli bələdiyyə seçkilərindən sonra Türkiyə Konstitusiyasında qismən də olsa dəyişiklik ediləcəyini, bununla da siyasi partiyaların bağlanılması hallarının keçmişdə qalacağını və asan olmayacağını bildirib. Bu haqda Türkiyənin GERÇƏKGÜNDƏM qəzeti məlumat verib.

"Yerli bələdiyyə seçkilərindən sonra Konstitusiyada qismən də olsa dəyişiklik ediləcək və bununla da siyasi partiyaların bağlanılması çətinləşəcək", - deyə o bildirib.

Türkiyədə martın 29-da yerli bələdiyyə seçkilərinə start veriləcək. Seçkilərdə əsasən Hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti