...

Aşqabadda Türkmənistan Sahibkarlar İttifaqının biznes-forumu keçirilir

Dünya xəbərləri Materials 17 Mart 2009 11:21 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 17 mart / Trend , Q.Həsənov /

Bu gün Aşqabadda sərgi sarayında yüz yerli şirkət və firmanın iştirakı ilə Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının biznes-forumu və sərgisi öz işinə başlayır. 
Təşkilatçılar qismində ökənin Sənayeçilər və Sahibkarlar İttifaqı (SSİ) və Ticarət-Sənaye Palatası çıxış edir (TSP).  Forum ilk dəfə olaraq ötən il ölkə prezidenti Qurbanqulı Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilib. Dövlət başçısı biznes-forumda sahibkarlığa dəstək haqqında qanun imzalayıb və SSİ-ni təsis edib.

Biznes-forum zamanı maraqlı xarici tərəfdaşlar ilə işgüzar danışıqlar aparılacaq. Eyni zamanda, təşkilatçıların qeyd etdiyi kimi, 2 000 kvadrat metr sahə üzrə ekspozisiyaların sayı ötənilki nümayiş ilə müqayisədə yarıdan çox artıb. Türkmənistanda qida, tikinti, tikinti materialları, toxuculuq, həmçinin xalçaçılıq sahələrində yerli sənayenin payı nəzərəçarpacaq dərəcədə artır.

Türkmənistan hazırkı mərhələdə normativ-hüquqi baza yaradır, əmtəə-xammal, valyuta birjaları, əmək birjası formalaşdırılıb, azad topdan satış ticarət üçün şərait yaradılır. Prezidentin qərarına əsasən, dövlət bankları özəl biznes-layihələrə dəstək vermək üçün kreditlər verə bilərlər. Ölkədə digər bazar infrastrukturu institutlarının, əmtəə bazarının, fond bazarının, qiymətli kağızlar bazarının, informasiya, məsləhət və audit mərkəzlərinin yaralıdması qarşıya məqsəd qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti