...

Qazaxıstan azərbaycanlılarının keçirdiyi Novruz şənlikləri məni valeh etdi – Rumıniyanın səfiri

Dünya xəbərləri Materials 22 Mart 2009 20:36 (UTC +04:00)

Qazaxıstan, Almatı, 22 mart / Trend müxbir R.Məşədihəsənli/ Qazaxıstan azərbaycanlılarının keçirdiyi Novruz şənlikləri məni valeh etdi. Bu fikirləri martın 22-də Qazaxıstan "Azərbaycanlıları assosiasiyası" Respublika İctimai Birliyinin təşəbbüsilə Almatıda keçirilən Novruz Bayramı şənliklərində xarici ölkələrin Qazaxıstandakı səfirləri adından çıxış edən Rumıniyanın Qazaxıstandakı səfiri Emil Rapça söyləyib.
Səfir qeyd edib ki, azərbaycanlıların adət-ənənəsinə yaxşı bələddir.
Tədbir zamanı həmçinin Qazaxıstan Xalqları Assambleyası və Almatı şəhər akiminin bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubları oxunub.

Xəbər lenti

Xəbər lenti