...

Türkiyə növbəti dəfə Əfqanıstanla Pakistan arasında vasitəçilik missiyasını üzərinə götürüb

Dünya xəbərləri Materials 24 Mart 2009 17:21 (UTC +04:00)

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Türkiyə Əfqanıstanla Pakistan arasındakı gərginliyi aradan qaldırmaq məqsədilə üzərinə vasitəçilik missiyasını götürüb.

Aprel ayında Əfqanıstan və Pakistan prezidentləri Ankaraya səfər edəcəklər. Türkiyə agentliyinin məlumatına əsasən, Əfqanıstan Prezidenti Həmid Kərzai və onun pakistanlı həmkarı Əli Zərdari üçtərəfli müzakirələrdə iştirak edəcəklər. Sözügedən görüşdə hər iki ölkənin ordu komandanları və təhlükəsizlik nazirlərinin iştirakı da mümkündür. 

Türkiyə bununla üçüncü dəfədir ki, Əfqanıstanla Pakistan arasında üzərinə vasitəçilik missiyasını götürür. Bu kimi görüşlər 2006 və 2007-ci illərdə Ankarada keçirilmişdi.

Pakistanla Əfqanıstan arasında təhlükəsizliyin təmin olunması və sərhədlərin təyin olunması sferasında fikir ayrılığı var.

Xəbər lenti

Xəbər lenti