...

Türkmənistan Məclisi müəssisələrin iqtisadi fəaliyyəti haqda hüquqi baza hazırlayır

Dünya xəbərləri Materials 27 Mart 2009 14:05 (UTC +04:00)

Türkmənistan, Aşxabad, 27 mart / Trend müxbir H.Həsənov/ Türkmənistan Məclisi (parlament) müəssisələrin iqtisadi fəaliyyəti haqda hüquqi baza hazırlayır.

Sessiyada bir sıra hallarda yenilənmiş "Xarisi iqtisadi fəaliyyət haqda", "Mülkiyyət haqda", "Mühasibat uçotu haqda", "Girov haqda", "Azad turist zonaları haqda", Gömrük məcəlləsi, "Orta və kiçik biznesə dəstək haqda", "Dövlət statistikası haqda", "İcarə və icarə münasibətləri haqda", "Sığorta haqda" qanunlar nəzərdən keçirilir.

Bu sənədlərin hazırlanması ilk növbədə ötən ilin payızında qəbul edilmiş Konstitusiyanın yeni redaksiyası ilə bağlıdır. Məhz orada iqtisadiyyatın tədricən bazar mexanizmləri ilə idarə olunması haqda maddə qeyd olunub.

"Mövcud tendensiyaları nəzərə almaq, bir növ hadisələrin gedişini qabaqlamaq və bu yolla qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün inamlı addım atmaq imkanı verən təməl qoymaq deməkdir", - Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov deputatlarla görüşlərindən birində deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti