...

Bələdiyyə seçkilərində hakim partiya qalib gələcək - Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Dünya xəbərləri Materials 29 Mart 2009 12:52 (UTC +04:00)
Bələdiyyə seçkilərində hakim partiya qalib gələcək - Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir R.Hafizoğlu /

Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim partiyanın qalib gələcəyi heç kimdə şübhə doğurmur, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı Trend -a bildirib.

Bu gün Türkiyədə bələdiyyə seçkilərinə səsvermə başlayıb. Seçkilərdə 48 milyon 6 min 650 seçicinin iştirak edəcəyi gözlənilir.

Mustafa Kabakçının fikrincə, Ədalət və İnkişaf Partiyası (AKP) bu seçkilərdə 2007-ci ildə topladığı səsdən daha çox səs toplayacaq.

Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirən Kabakçı, AKP-nin və Ankaranın Ermənistana qarşı siyasətində hər hansı bir dəyişikliyin olmadığını, sadəcə problemin həlli istiqamətində səylər atıldığını bildirib.

"AKP Qarabağ probleminin qan tökülmədən və sülh yolu ilə həlli istiqamətində səy göstərməkdədir", - deyə Kabakaçı əlavə edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri onu da bildirib ki, Türkiyənin Ermənistana qarşı mövqeyi bəllidir və bu mövqe ölkə daxilindəki partiyalara görə dəyişmir.

"Türkiyədəki bütün siyasi partiyalar Qarabağ probleminin həll olmasını istəyirlər, sadəcə olaraq hər siyasi  partiyanın öz strategiyası var", - deyə Kabakçı qeyd edib.

Kabakçı Türkiyədə keçirilən bələdiyyə seçkilərinin bütün türk dünyası üçün xeyirli olacağını hesab edir.

Xəbər lenti

Xəbər lenti