...

NATO-nun Baş katibi postuna namizədə dair təminat alınmasaydı, biz öz təbii hüquqlarımızdan istifadə edəcəkdik- Turkiyə prezidenti

Dünya xəbərləri Materials 4 Aprel 2009 21:50 (UTC +04:00)
NATO-nun Baş katibi postuna namizədə dair təminat alınmasaydı, biz öz təbii hüquqlarımızdan istifadə edəcəkdik- Turkiyə prezidenti

Fransa, Strasburq, 4 aprel  / Trend müxbir. A. Məhərrəmli/

NATO-nun Baş katibi postuna namizədə dair razılıq alınmasaydı, biz öz təbii hüquqlarımızdan istifadə edəcəkdik . Bu fikirləri Türkiyə prezidenti Abdulla Gül Strasburqda  NATO-nun zirvə toplantısının sonucunda keçirilən mətbuat konfransında deyib.

NATO-nun zirvə toplantısında önəmli məsələlərin müzakirə olunduğunu deyən Türkiyə prezidenti Abdulla Gül Albaniya və Xorvatiyanın təşkilata üzv qəbul olunmasına görə məmnun qaldığını bildirib və Makedoniyanın da Alyansa üzv olmasına əminliyini ifadə edib.
"Əgər Makedoniya NATO-ya üzv olmazsa, onun genişlənməsi yarımçıq qalar"-deyə Türkiyə prezidenti bəyan edib.

Dünən Baden-Badendə keçirlən müzakirələrin gərgin və çətin olduğunu bildirən prezident ölkəsinin irəli sürdüyü arqumentlərin müttəfiqlər tərəfindən dəyərləndirildiyini bildirib.

"Bu gün ABŞ prezidenti Barak Obama və Anders Foq Rasmussenlə görüşün  faydalı oldu. Biz Türkiyənin qayğı və istəklərini açıq müzakirə etdik və Rasmussen bunları diqqətə aldı. Bundan əlavə, Rasmussenin İslam dünyası ilə yaxşı münasibətlərdə olacağını söyləyib. Bu NATO-nun uğurunun  xeyrinədir. Bu məsələdə razılığın əldə olunmasında  ABŞ prezidentinin böyük yardımı oldu. Buna görə ona təşəkkürümü bildirirəm"- deyə Türkiyə prezidenti əlavə edib.
İtaliyanın Baş naziri Silvio Berliskoninin bu məsələdəki roluna dair suala münasibət bildirərkən Abdulla Gül nəticəyə gəldiyinə görə problemlərdən danışmamağı və gələcəyə baxmağı məsləhət görüb.

Türkiyə prezidenti habelə aprelin 6-7-də Türkiyədə təşkil ediləcək "Sivilizasiyalararası dialoq"a dair konfransdan bəhs edib və dünyada mövcud olan problemlərin yalnız hərb və güc yolu ilə həll oluna bilməyəcəyini vurğulayıb.

"Biz ölkələr, fərqli mədəniyyətlər, fərqli dinlər, fərqli coğrafi məkanlar arasında anlaşmanı və əməkdaşlığı ortaya qoymaqla problemlərin həllinə kömək etmiş olarıq. Sözügedən  dialoq da bu şəkildə dəyərləndiriləcək"-deyə Türkiyə prezidenti əlavə edib.    

NATO Baş katibi postuna namizədi qəbul etməklə hansı təminatların alınması ilə bağlı suala cavabında Türkiyə prezidenti qeyd edib ki, əgər bu məsələdə əmin olmasaydıq, ən təbii haqlarımızdan istifadə edəcəkdik.   

Qeyd edək ki, şənbə günü Abdulla Gülün ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı ondan  Danimarkadan yayımlanan Roj TV televiziya kanalının bağlanması istiqamətində addımlar atılacağına dair təminatlar alındığı bildirilir. Bundan əlavə Rasmussenin "Sivilizasiyalararası dialoq" dair konfransında iştirak etmək üçün Türkiyəyə səfəri zamanı çıxışında müsəlman dünyasından üzr istəyəcəyi də gözlənilir.

Bundan başqa NATO Baş katibinin 5 vitse-prezident postundan birinə və onun Əfqanıstan üzrə təmsilçisinin  türk olacağına dair razılıq əldə olunub.
 

Xəbər lenti

Xəbər lenti