...

NATO təkidlə Rusiyanı öhdəlikləri yerinə yetirməyə dəvət edir

Dünya xəbərləri Materials 4 Aprel 2009 23:49 (UTC +04:00)

Fransa, Strasburq, 4 aprel / Trend , müxbir. A. Məhərrəmli/

NATO-Rusiya tərəfdaşlığı Avro-atlantika regionunda təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan strateji bir element  kimi nəzərdə tutulub və biz buna bağlı qalacağıq. Bu barədə Strasburqda keçirilmiş NATO sammitinin yekun Bəyyanaməsində deyilir.

Bəyannamədə qeyd olunur ki, bu əməkdaşlıq ümumi təhlükəsizlik təhdidlərinə qarşı birlikdə və təsirli şəkildə cavab vermək üçün Rusiya ilə NATO arasında dialoq çox əhəmiyyətlidir.

"Bizim Rusiya ilə münasibətlərimiz son NATO sammitindən sonra bir sıra dərin narazılıqlarla  müşayiət olunub. Alyans bundan sonra da Rusiya ilə münasibətlərdə ortaya çıxacaq irəliləyişləri dəyərləndirəcək", NATO sammitinin yekun Bəyannaməsində qeyd olunur.

Sənəddə habelə Rusiya təkidlə  12 avqust və 8 sentyabr 2008-ci il  tarixlərində üzərinə götürduyü öhdəlikləri yerinə yetirməyə dəvət edilir və onun  üzərinə öhdəlik olaraq götürdüyü ərazilərdən çəkilməsi mühüm hesab olunur. Bundan əlavə, sənəddə Rusiyanın sepatatçı rejimlərin müstəqilliyinin tanınması pislənilmək və ondan bunu ləğv etmək tələb olunmaqla yanaşı, bu tanımanın  NATO-Rusiya Şurasının, ATƏT-in və BMT Təhlükəsizlik Şurasının söykəndiyi dəyər və prinsiplərə zidd olduğu bildirilir. Bu ərazilərdə Gürcüstan hökumətinin razılığı olmadan hərbi bazalarının olmasından  ciddi narahatlıq da sənəddə ifadə olunur.

Qeyd edək ki. NATO-nun Strasburq və Kehl şəhərlərində keçirilən zirvə toplantısında əsas müzakirələrdən biri də NATO-Rusiya münasibətlərinin yaxşılaşdırılması olmuşdur.

Xəbər lenti

Xəbər lenti