...

İranın Buşehr nüvə stansiyası yay aylarının ortalarında 500 meqavat elektrik enerjisi istehsal edəcək

Dünya xəbərləri Materials 6 Aprel 2009 17:33 (UTC +04:00)

İranın Buşehr nüvə stansiyası yay aylarının ortalarında 500 meqavat elektrik enerjisi istehsal edəcək. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

"Yaxın günlərdə iranlı mütəxəssislərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə xoş xəbərlər elan ediləcək. Belə xəbərlərdən biri də Buşehr nüvə stansiyasının açılış mərasiminin keçirilməsidir", - deyə İranın elektirk şəbəkə naziri Pərviz Fəttah bildirib.

Fəttahın sözlərinə görə, Buşehr nüvə stansiyası rəsmi açılışdan sonra yay aylarının ortalarında 500 meqavat elektrik enerjisi istehsal edəcək.

İran fərvərdin ayının 20-sini (10 aprel) "Milli Nüvə Texnologiyaları" günü adlandırıb. Aprelin 10-da İran mütəxəssislərinin əldə etdiyi yeni nailiyyətlərin ictimaiyyətə açıqlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti