...

Moldovanın Konstitusiya Məhkəməsi 9 gün ərzində seçkilərin nəticələırinin yenidən hesablanması ilə bağlı qərar verdi

Dünya xəbərləri Materials 12 Aprel 2009 18:14 (UTC +04:00)
Moldovanın Konstitusiya Məhkəməsi 9 gün ərzində seçkilərin nəticələırinin yenidən hesablanması ilə bağlı qərar verdi

Moldovanın Konstitusiya Məhkəməsi aprelin 5-də keçirilmiş parlamen seçkilərinin nəticələrinin yenidən hesablanması ilə bağlı qərar verdi. Bu barədə RİA-Novosti xəbər verir.

Qərar KM bazar günü keçirilən təcili iclasında qəbul edilib.

"Konstitusiya məhkəməsi Mərkəzi Seçki Komissiyasına tapşırıb ki, 9 gün ərzində qanunla nəzərdə tutulmuş şəkildə seçiciləırin səslərini yenidən saysın. Konstitusiya Məhkəməsinin qərarı elə bu gün qüvvəyə mindi". Bu baərədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Dmitriy Pulbere məlumat verib.

Səslərin tam sayılması xahişi ilə Konstitusiya Məhkəməsinə, seçkilərdə qalib gəlmiş Kommunist partiyasının lideri, Moldova prezidenti Vladimir Voronin müraciət etmişdi.  

"Konstitusiya Məhkəməsi kommunistlərin liderinin xahişini tam olaraq yerinə yetirib", - RİA-Novostiyə Konstitusiya Məhkəməsinin mətbuat-katibi Dmitriy Tsıra deyib.

Xəbər lenti

Xəbər lenti