...

Suriyanın Baş naziri İraqa səfər edib

Dünya xəbərləri Materials 21 Aprel 2009 16:50 (UTC +04:00)

Suriyanın Baş naziri Məhəmməd Naci Otari çərşənbə axşamı nazirlərdən ibarət nümayəndə heyəti ilə İraqa səfər edib. Suriyanın SANA agentliyinin məlumatına görə, o, Suriya-İraq birgə komissiyası çərçivəsində görüşlər keçirəcək.

Görüşlərdə hökumətlər və ikitərəfli əməkdaşlıq səviyyəsində Suriya və İraq münasibətlərinin inkişafı müzakirə olunacaq.

Suriya ilə İraq münasibətləri son bir neçə ildə yaxşılaşıb. Yayda Suriya İraqda səfirliyini açıb.

Xəbər lenti

Xəbər lenti