...

İranda 46,2 milyon nəfər seçki hüququna malikdir

Dünya xəbərləri Materials 26 Aprel 2009 13:36 (UTC +04:00)

İranda 46 milyon 200 min nəfər seçki hüququna malikdir. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb. "İranda 46 milyon 200 min nəfər seçki hüququna malikdir. 386 seçki məntəqəsində 48 min səsvermə bölmələri fəaliyyət göstərəcək", -deyə İranın seçki komissiyasının sədri Kamran Daneşcu şənbə günü keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

Daneşcu bildirib ki, prezidentliyə namizədlər yalnız mayın 22-dən  iyunun 10-na kimi rəsmi şəkildə təbliğat - təşviqat apara bilərlər. "İyunun 11-dən seçki kampaniyası dayandırılacaq və iyunun 12-də seçki keçiriləcək. Seçkinin keçirilmə müddəti 10 saat olacaq, qanuna əsasən seçkinin keçirilmə müddəti uzaldıla bilər", -deyə Daneşcu bildirib.

Xəbər lenti

Xəbər lenti