Türkiyə XİN rəhbəri Azərbaycan XİN rəhbərinin müavini ilə görüşüb
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. Bu barədə Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.
CNN TÜRK-ün verdiyi xəbərə görə, görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]