...

Praqada Dağlıq Qarabağ probleminin həlli üçün üçtərəfli görüş keçiriləcək

Dünya xəbərləri Materials 5 May 2009 11:55 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan, Türkiyə və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Bu haqda Türkiyənin "Hürriyet" qəzeti məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Hürriyet qəzetinin verdiyi məlumata görə, görüş mayın 7-8 i keçiriləcək.       

Xəbər lenti

Xəbər lenti