"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda vacib addımdır", - Türkiyənin XİN rəhbəri Əhməd Davutoğlu Finlandiyanın XİN rəhbəri Aleksandr Stubbla birgə keçirdiyi mətbuat konfransında deyib, TRT 2 telekanalı xəbər verib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqazda sülhün bərqərar olunması üçün vacib şərtdir. Bir görüş bütün problemləri həll etməsə belə, bu münaqişənin həllində vacib addımdır", - Davutoğlu deyib.
Aİ-nin cümə axşamı Praqadakı "Şərq tərəfdaşlığı" üzrə sammiti çərçivəsində dəvət olunmuş Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçiriblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Dünənki görüş Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan Prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüşü olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.
Davutoğlu deyib ki, ATƏT-in Minsk Qrupu regiondakı dondurulmuş münaqişələrin həlli yolunda lazımi addımları atmalıdır və Türkiyə buna yardımçı olmağa hazırdır.
"Dondurulmuş münaqişələr ciddi təhlükədir, çünki onlar istənilən anda böyük müharibəyə çevrilə bilər. Ona görə də Türkiyə Dağlıq Qarabağ da daxil olmaqla, bu münaqişələrin həllinə yardımçı olmağa çalışacaq", - Türkiyə XİN başçısı deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]