Türkiyə Prezidenti Abdulla Gül Ankaranın Aİ-yə tamhüquqlu üzv seçilməsinə qarşı çıxış edən Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Nikolya Sarkozini tənqid edib, RİA Novosti xəbər verir.
"Müxtəlif siyasətçilər gəlir və gedir. Onlar müxtəlif səbəblərdən, bəlkə də perspektivləri yaxşı görməməkləri səbəbindən bəzi ifadələr işlədirlər, ancaq biz bunlara əhəmiyyət fikrində deyilik", - çərşənbə axşamı Ankarada Gül portuqaliyalı həmkarı Anibal Kavaku Silva ilə danışıqlardan sonra deyib.
Bugünlərdə Berlində Sarkozi ilə danışıqlardan sonra Merkel, Ankaranın istədiyi kimi tamhüquqlu üzvlük yox, Aİ ilə imtiyazlı tərəfdaş statusu verilməsi təklifi ilə çıxış etmişdi.
Almaniya Kanslerini Fransa Prezidenti də dəstəkləyərək qeyd edib ki, Aİ Türkiyəni boş vədlər vermək təcrübəsindən imtina edərək, onunla birgə iqtisadi və mədəni məkan yaradılması istiqamətində səyləri gücləndirməyə diqqət yetirməyə çağırıb. Sarkozi əvvəllər də Türkiyənin Aİ-yə daxil olmasına qarşı çıxırdı. Eyni zamanda o, bu ölkəyə region ölkələrini birləşdirən iqtisadi təşkilat olan Aralıq Dənizi İttifaqına qoşulmağı təklif edib.
Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, imtiyazlı tərəfdaş və ya Aİ-yə üzvlüyə alternativ kimi Aralıq Dənizi İttifaqındakı üzvlüyü qəbul etmək variantına qarşıdırlar.
Türkiyə Aİ-yə daxilolma üzrə danışıqlar 2005-ci ildə başlayıb. Ekspertlərin proqnozlarına görə, Ankara bu istəyinə 10-15 il ərzində nail ola bilər.
Aİ dəfələrlə Türkiyədən danışıq prosesi ilə nəzərdə tutulan demokratik islahatların sürətləndirilməsini tələb edərək, inteqrasiya dosyesi üzrə danışıqların dondurulması ilə təhdid edib. Ankara da buna cavab olaraq Aİ-yə inteqrasiya və islahatları fəal şəkildə aparmaq tərəfdarı olduğunu bildirib.
"Biz Aİ ilə danışıq prosesini davam etdirməkdə qərarlıyıq", - Türkiyə Prezidenti portuqaliyalı həmkarı ilə mətbuat konfransında deyib.
"Biz danışıq prosesində nəzərdə tutulmuş islahatları həyata keçirəcəyik. Biz hətta inteqrasiya məsələlərinin bir sıra maddələri üzrə danışıqlar başlamayacağı halda belə islahatlar etməyə hazırıq", - Gül bildirib.