"Suriya və İsrail arasında dolayı sülh danışıqlarında Türkiyənin səylərinin uğurlu olmasına şübhə yoxdur", - bazar ertəsi Suriya Prezidenti Başar Əsəd deyib, Türkiyənin "The Journal of Turkish Weekly" jurnalı yazıb.
Türkiyə Prezidenti Abdulla Güllə birgə mətbuat konfrasında çıxış edərkən Əsəd bildirib ki, 1967-ci il müharibəsində İsrailin işğal etdiyi Qolan yüksəklikləri qaytarılacağı halda Suriya İsraillə sülh imzalayacaq.
Əsəd əlavə edib ki, Yaxın Şərqdəki sülh və sabitlik əsasən İsrail-Fələstin münaqişəsinin həllindən asılıdır. O deyib ki, Türkiyənin Qəzza Zolağındakı mövqeyi Fələstin xalqı üçün düzgün və xeyirli olub.
Suriya və İsrail arasında Ankaranın vasitəçiliyi ilə dolayı sülh danışıqlarının dördüncü mərhələsi İsrailin dekabrın sonunda HƏMAS qruplaşmasının raket hücumlarının qarşısını almaq üçün hərbi hücumu zamanı dayandırılmışdı. İsrail Suriyadan Tehranla münasibətləri və Livanın "Hizbullah" partiyası və HƏMAS hərəkatına dəstəyini kəsməsini tələb edir. Dəməşq isə bildirir ki, İsrail ilk növbədə Suriya ərazilərini qaytarmalıdır.