...

Yavada içində 109 nəfər sərnişin olan təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 20 May 2009 10:57 (UTC +04:00)
Yavada içində 109 nəfər sərnişin olan təyyarə qəzaya uğrayıb

İndoneziyanın içində 96 sərnişin və 13 heyət üzvü olan C-130 "Gerkules" hərbi-nəqliyyat təyyarəsi çərşənbə günü Yava adasının şərq hissəsində qəzaya uğrayıb. Bu barədə ölkə HHQ-nın mətbuat xidmətinə istinadən Reyter agentliyi xəbər verib.
Mətbuat xidməti nümayəndələrinin verdiyi məlumatlara görə, ölənlərin dəqiq sayı hələ məlum deyil.

Cakartadan adanın şərq hissəsinə doğru hərəkət edən C-130 "Gerkules" hərbi-nəqliyyat təyyarəsi İndoneziyanın Yava əyalətinin Madiun şəhəri yaxınlığında qəzaya uğrayıb.

Yerli icra orqanları nümayəndələrinin məlumatına görə, təyyarə bir neçə evi dağıdıb, nəticədə qəza zamanı yerdə olan azı iki nəfər həlak olub.

 
"Təyyarə tamamilə dağılıb. Bircə quyruğu qalıb", - deyə yerli yerli hakimiyyət orqanları nümayəndələri bildiriblər.

RİA Novosti-nin xəbərinə görə, avia qəzanın mümkün səbəbləri və digər təfərrüatları hələ açıqlanmır.

Xəbər lenti

Xəbər lenti