...

Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edən bir iranlı dənizdə boğulub, 5 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 30 May 2009 14:45 (UTC +04:00)

Türkiyə suları vasitəsi ilə Yunanıstan ərazisinə qanunsuz keçməyə cəhd göstərən iranlı vətəndaşların qayığı Türkiyə sahillərində batıb. Qayıqda 8 İran vətəndaşı olub. Hadisə nəticəsində bir nəfər ölüb, 5 nəfər isə itkin düşüb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Türkiyə Dövlət Sərhəd Xidmətinin sahil mühafizəçiləri iki  nəfəri xilas edə biliblər.

"Türkiyə sahillərində dənizdə boğulmu şəxsin meyiti tapıldıqdan sonra Sərhəd Xidmətinin sahil mühafizəçiləri axtarışlara başlayıb və iki nəfəri xilas edə biliblər", - deyə Türkiyənin cənub-qərbində yerləşən Muğla əyalətinin başçısı Əhməd Altıbarmak bildirib.

O əlavə edib ki, itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti