...

Türkiyənin iki vətəndaşında "donuz qripi" virusu aşkar olunub

Dünya xəbərləri Materials 1 İyun 2009 18:33 (UTC +04:00)

"Türkiyənin Səhiyyə Nazirliyi bazar günü xəbər verib ki, ölkənin ABŞ-dan qayıdan iki vətəndaşında "donuz qripi" virusu aşkar olunub", - Türkiyənin "The Journal of Turkish Weekly" jurnalı xəbər verib.

Qrip yüksək hərarəti olan iki vətəndaşın sümük və əzələlərində ağrı hiss edərək hospitala müraciətindən sonra aşkar olunub.

Xəstələr bağlı yerdə və həkimlərin xüsusi nəzarəti altında saxlanılır.

"Bizim pasientin durumu sabitdir", - virusa yoluxanlardan birinin müraciət etdiyi İzmir şəhərindəki xəstəxananın həkimi Mehmet Özkan deyib.

Dünyada "donuz qripi"ndən zərər çəkənəlin sayı 90-a çatıb. May ayında Türkiyədə artıq bir dəfə A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti