...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakının mərkəzində kiçik və orta tutumlu avtobusları marşrutdan çıxarır

Dünya xəbərləri Materials 8 İyun 2009 14:06 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Bakının mərkəzində kiçik və orta tutumlu avtobusları marşrutdan çıxarır

Azərbaycan, Bakı, 08 iyun / Trend , müx. E.İsmayılov /

Bakıda sərnişin avtobuslarının hərəkətində fasilələr Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Avtonəqliyyatservis"i kiçik və orta tutumlu avtobusları Koreya firması DAEWOO-nun istehsalı olan böyük tutumlu avtobuslarla əvəz etməyə vadar edib. Beləki bu yaxınlarda 200 ədəd iri həcmli avtobus  alınıb, departamentdən bildiriblər.

"49 yeni avtobus marşuruta verilib və onlar şəhərin mərkəzi küçələrində hərəkət edir. Orta və kiçik tutumlu avtobusların yeni alınmış avtobuslarla əvəz edilməsi prosesini bu ayın sonunadək bitirmək planlaşdırılır, lakin ola bilsin ki, bu daha tez baş verəcək", - mənbə bildirib.

Yeni avtobuslar artıq 4, 125, 70, 169, 54 və 285 nömrəli marşrutlara verilib.

Mənbənin bildirdiyinə görə, hazırda yeni hərəkət marşurutları hazırlanır, əgər zərurət yaranarsa bir sıra marşurutların istiqamətlərində dəyişiklik ediləcək.

Onun sözlərinə görə, avtobus sahibkarları əvvəlcədən dəyişiklər barədə xəbərdar olunublar. İlk növbədə mərkəzdəki marşrutlarda, o cümlədən orta tutumlu avtobuslarda əvəz edilmələr aparılır.

İki kiçik tutumlu avtobus əvəzinə bir iri tutumlu avtobusun marşruta verilməsi planlaşdırılır.

Kiçik avtobusların paytaxt küçələrindən çıxarılması prosesinə ötən il başlanılıb. Əgər əvvəllər bu dəyişikliklər yalnız kiçik tutumlu avtobuslara tətbiq edilirdisə, hazırda bu orta tutumlu avtobuslara da tətbiq edilir.

Marşrut sahibləri hələki orta tutumlu avtobusları digər marşrutlara keçirə və ya onları sata bilər, çünki onlara əvvəlcədən xəbərdarlıq edilib.

"Kiçik tutumlu avtobusların orta və böyük tutumlu avtobuslarla əvəz edilməsi prosesi bu ilin sonunadək başa çatacaq", - mənbə bildirib.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Xəbər lenti

Xəbər lenti