...

Prezidentliyə namizəd İrandakı xalqların hüquqlarını qorumağa söz verir

Dünya xəbərləri Materials 9 İyun 2009 13:35 (UTC +04:00)
Prezidentliyə namizəd İrandakı xalqların hüquqlarını qorumağa söz verir

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir Т.Cəfərov/

"Seçkilərdə qələbə zamanı İran Konstitusiyasının milli və dini azlıqlara həsr olunmuş, fəalliyyətdə olmayan maddələri hərəkətə gətiriləcək", - islahatçılar düşərgəsindən prezidentliyə namizəd, "Etemad melli" partiyasının sədri Mehdi Karrubi Trend -un fars redkasiyasına eksklüziv müsahibəsində deyib.

"Mən milli və dini azlıqlara müraciət etmişəm, onlara bu istiqamətdəki proqramım haqda danışmışam. Seçkilərdə qələbə qazansam, Konstitusiyanın bu sahədə fəaliyyətdə olmayan maddələrini işə salacam", - Karrubi deyib.

Onun sözlərinə görə, qələbə qazanacağı halda, o, Konstitusiyanın 15 və 19-cu maddələrinin yerinə yetirilməsinə nail olmağa çalışacaq. "Mən bütün iranlıların hüquqlarının təmin edilməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm", - o bildirib.

İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən, İranda yaşayan milli azlıqlar fars dili ilə yanaşı, öz dillərində danışa və doğma ədəbiyyatı öyrənə bilərlər. Bu maddə milli azlıqların dilinin çapda istifadə olunması, dilin məktəb və universitetlərdə istifadəsinə qarşı yönələn maneələrin aradan qaldırılmasını tələb edir.

Konstitusiyanın 19-cu maddəsinə əsasən, irqi və milli mənsubiyyətindən asılı olmayaraq hamı eyni hüquqlara malikdir. Milli və irqi xüsusiyyətlərə görə diskriminasiyaya yol verilmir. Bütün vətəndaşlar bərabər siyasi, ictimai, mədəni, iqtisadi və vətəndaş hüquqlarına malikdirlər.

Xəbər lenti

Xəbər lenti