...

Türkiyənin xarici işlər naziri Avropa, Rusiya və ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 15 İyun 2009 14:04 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu həftə  Avropa ölkələrinə, ABŞ və Rusiyaya səfər edəcək. Bu barədə Journal of Turkish Weekly məlumat verir.

Türkiyənin xarici işlər naziri bazar ertəsi Aİ-nin ümumi məsələr və xarici əlaqələr üzrə Şurasında iştirak etmək məqsədilə Lüksemburqa yola düşəcək. Sonra o, alman həmkarı Frank-Valter Ştanmayerin dəvəti ilə Almaniyaya səfər edəcək. Tərəflər ikitərəfli münasibətləri, həmçinin beynəlxalq məsələləri müzakirə edəcəklər. Davudoğlu Korber Fondunda mətbuat konfransı keçirəcək.

Daha sonra Davudoğlu  BMT Təhlükəsizlik Şurasının İraq barəsində iyunun 18-də keçiriləcək iclasına rəhbərlik etmək məqsədilə Avropadan ABŞ-a yollanacaq.

Rusiyaya bu həftə nəzərdə tutulan səfəri çərçivəsində isə türkiyəli nazir RF-nin xarici işlər naziri Sergey Lavrov ilə regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti