Prezidentliyə namizəd Möhsün Rezayi DİN-ə açıq məktubla müraciət edərək bildirib ki, seçkilərdən artıq beş gün keçməsinə baxmayaraq, səsvermənin nəticələrinin ətraflı statistikası hələ də dərc olunmayıb.
Prezidentliyə namizəd Rezayinin rəsmi saytda yerləşdirilən açıq məktubunda deyilir ki, prezidentliyə namizədlərin hər birinin səsvermənin nəticələrinin ətraflı statistikasını görmək hüququ var. "Mən statistika üçün müraciət etməsəydim, dəqiq statistik məlumatları almayacaqdım", - deyə Rezayi bəyan edib. Sadiq Məhsuliyə göndərilən həmin məktubda Rezayi bildirib ki, səsvermə barədə ətraflı məlumatın verilməməsi şübhə doğurur. O, seçkilərin statistik göstəricilərinin elan olunmayacağı təqdirdə, Daxili İşlər Nazirliyinin İnqilab Keşikçiləri Şurasına səslərin yenidən hesablanması tələbi ilə deyil, başqa bir tələblə müraciət edəcək.
Prezidentliyə digər namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi yeni seçkilərin keçirilməsini tələb ediblər.