...

Misir Yaxın Şərq üzrə Moskvada konfransın keçirilməsini dəstəkləyir – Prezident

Dünya xəbərləri Materials 23 İyun 2009 18:25 (UTC +04:00)
Misir Yaxın Şərq üzrə Moskvada konfransın keçirilməsini dəstəkləyir – Prezident

"Qahirə bu ilin sonunda Yaxın Şərq üzrə Moskvada konfransın keçirilməsini dəstəkləyir", - Rusiya Prezidenti Dmitri Medvedyevin Misirə səfəri çərçivəsində Misir Prezidenti Hüsnü Mübarək mətbuat konfransı zamanı bildirib. Bu barədə "Vesti" telekanalı məlumat verib.

"Biz Moskvada sülh konfransının keçirilməsinə ümid edirik, çünki Rusiya Yaxın Şərq münaqişəsinin həllində vacib rol oynayır",- Mübarək deyib.

Yaxın Şərq dördlüyünün bir üzvü olan Rusiya ərəb-israil sülh prosesində irəliləyişlərə nail olmaq üçün konfransın keçirilməsini təklif edir, lakin məsələ hələ ki, açıq qalır. Suriya iştirak edəcəyini təsdiq etməyib və bəyan edib ki, İsrail 1967-ci ildə işğal etdiyi Qolan yüksəkliklərini qaytardığı halda konfransda iştirak edəcək.

Mübarək əlavə edib ki, Moskvanın Yaxın Şərq münaqişələrinin tənzimlənməsində iştirakı ABŞ və digər vasitəçi ölkələrin cəhdləri kimi əhəmiyyətlidir.

"Moskva Yaxın Şərq münaqişəsinin başlanmasından etibarən onun həll edilməsində əsas rollardan birini oynayıb", - Misir Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti