Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü Yerevan ilə münasibətlərin normallaşdırılması məsələsində Ankaranın mövqeyinin müəyyən edilməsi barədə bəyanat verib. The Journal of Turkish Weekly jurnalı məlumat verib.
Türkiyənin xarici işlər naziri ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri və Rusiya-NATO Şurasının müdafiə nazirləri səviyyəsində iclasların keçirildiyi Yunanıstanın Korfu adasında ermənistanlı həmkarı Edvard Nabaldyan ilə qısa görüş keçirib.
Davudoğlu bildirib ki, Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə qərar verib.
"Bu cəhd qonşularımız ilə mövcud olan bütün problemləri aradan qaldırmaq məqsədilə edilir", - deyə o, jurnalistlərə bildirib.
Davudoğlunun sözlərinə görə, Türkiyə Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində çalışır və bütün tərəflərin bu prosesdə iştirakı ilə müsbət nəticələr əldə oluna bilər.