...

SSRİ xalq artisti Lüdmila Zıkina vəfat edib

Dünya xəbərləri Materials 1 İyul 2009 16:09 (UTC +04:00)
SSRİ xalq artisti Lüdmila Zıkina vəfat edib

SSRİ xalq artisti Lüdmila Zıkina ömrünün 81-ci ilində ürək çatışmazlığından çərşənbə günü vəfat edib. Bu barədə "Lüdmila Zıkina Evi"-nin direktoru Kseniya Rubçova məlumat verib.

"Lüdmila Georgieyvna artıq bir saatdır ki, yoxdur. O, xəstəxanda vəfat edib. Son zamanlar onun ürəyi ilə bağlı problemləri var idi", - Rubçova bildirib.

RİA Novosti-yə 83 saylı şəhər xəstəxanasındakı mənbədən bildirildiyi kimi, Zıkina iyunun 25-də xəstəxananın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olub. Mənbə bildirib ki, onu reanimasiyadan çıxartmayıblar.

İyunun 10-da Lüdmila Zıkinanın 80 illik yubileyi qeyd edib. Yubilyarı RF Prezidenti Dmitri Medvedev telefonla zəng edərək şəxsən təbrik edib. Prezidentin həyat yoldaşı Svetlana Medvedeva isə artistin şərəfinə Kremlin "Kamera" teatrında dostluq görüşü təşkil edib. Görüşdə Rusiyanın on möhtərəm xanımı iştirak edib.

Xəbər lenti

Xəbər lenti