...

Əfqanıstanın Nəngəhar əyalətindəki çayda iki qayıq aşıb, 30 nəfər həlak olub

Dünya xəbərləri Materials 2 İyul 2009 15:25 (UTC +04:00)
Əfqanıstanın Nəngəhar əyalətindəki çayda iki qayıq aşıb, 30 nəfər həlak olub

Əfqanıstanın Nəngəhar əyalətində Kabil çayında iki sərnişin daşıyan qayıq aşıb, 30 nəfər həlak olub. Bu barədə Əfqanıstanın AVA Press xəbər agentliyi mlumat yayıb.

"Bu gün səhər Nəngəhar əyalətinin Lalpur şəhərindən qarşı tərəfə çayla hərəkət edən sərnişin qayığı qarşıdan gələn digər sərnişin qayığı ilə toqquşaraq aşıb, sərnişinlər suya düşüb", - deyə Nəngəhar əyalətinin İcra Aparatının sözçüsü Əhməd Ziya cümə axşamı bildirib.

Onun sözlərinə görə, indiyədək 5 nəfərin cəsədi sudan çıxarılıb, sudan çıxarılanlar arasında bir qadın və bir polis nəfərinin cəsədi var.

Ziyanın sözlərinə görə, indiyədək 11 nəfəri xilas etmək mümkün olub. Əhalinin köməyi xilasetmə işləri aparılır. "Hələlik qayıqlarda olan sərnişinlərin sayı haqda dəqiq məlumat yoxdur, lakin 30 nəfərin həlak olduğu bildirilir", - Ziya deyib. 

Xəbər lenti

Xəbər lenti