...

BMT Livanın cənubunda baş verən son hadisələri müzakirə edəcək

Dünya xəbərləri Materials 23 İyul 2009 16:55 (UTC +04:00)
"BMT-nin Baş katibi Pan Gi Mun, Livanın cənubunda baş verən son qeyri-sabit hadisələrə pozuntularına aid olan, biri Livan, digər ikisi isə İsrail tərəfindən təqdim olunmuş üç memorandumun müzakirəsi üçün qapalı iclas keçirəcək", - Livanın "Ən-Nəhar" qəzeti məlumat verib.
BMT Livanın cənubunda baş verən son hadisələri müzakirə edəcək

"BMT-nin Baş katibi Pan Gi Mun, Livanın cənubunda baş verən son qeyri-sabit hadisələrə pozuntularına aid olan, biri Livan, digər ikisi isə İsrail tərəfindən təqdim olunmuş üç memorandumun müzakirəsi üçün qapalı iclas keçirəcək", - Livanın "Ən-Nəhar" qəzeti məlumat verib.

Ötən həftə, cümə axşamı "Herbet Selem"-də - "Hizbulla" Livan partiyasının hərbi anbarı olduğu yer kimi təxmin edilən yerdə bir neçə partlayış baş verib. Bu, BMT-nin Livanın cənubunda təhlükəsizliyin təminatı üzrə beynəlxalq kontingenti - UNIFIL ilə silah saxlanması güman edilən evlərin axtarışına mane olan kəndlərin əhalisi arasında qarşıdurmalara gətirib çıxarıb.

UNIFIL beynəlxalq kontingentə kömək üçün regionda olan Livan ordusuna xəbər vermədən evlərdə reyd keçirib.

İsrail UNIFIL qüvvələrini "Hizbulla" tərəfdarlarının fəaliyyəti üzərində yetərincə nəzarətə malik ola bilməməkdə günahlandırıb və yerli yaşayış məntəqələrinə nəzarəti gücləndirməyə çağırıb.

Livanın dəfələrlə İsrail və "Hizbulla" arasında müharibə meydanına çevrilən cənub ərazisi Livan ordusu və UNIFIL tərəfindən, 2006-cı ildən etibarən - İkinci Livan müharibəsinin bitimindən sonra nəzarət altındadır. BMT-nin 1701 saylı qətnaməsinə əsasən, nə "Hizbulla", nə də İsrail Livanın cənubunu hərbi məqsədlər üçün istifadə etmək hüququna malik deyil.

Xəbər lenti

Xəbər lenti