...

Prezident seçkilərindən sonra Tehranda gərginlik yaratmaqda ittiham olunan dəstənin məhkəməsi başlayacaq

Dünya xəbərləri Materials 29 İyul 2009 16:06 (UTC +04:00)
Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, bomba qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə qəsdən hücum etməkdə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri düşmən mətbuatına göndərməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.

İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən 20 nəfərin məhkəməsi avqustun 1-də başlayacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, bomba qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə qəsdən hücum etməkdə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri düşmən mətbuatına göndərməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.

İttiham olunanlar arasında Xalq Mücahidləri Təşkilatı və Bəhailər ilə əlaqəsi olan şəxslər də mövcuddur.

Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Musəvi  höküməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb.Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurnalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti