F-14 qırıcı təyyarəsi əsaslı təmirdən sonra İran HHQ-nin istismarına verilib. Trend İranın IRIB NEWS televiziyasının rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, təmir olunmuş qırıcı təyyarə 12 il əvvəl İran-İraq müharibəsi zamanı xarab olub. 2006-cı ildə onun bərpası üzrə təmir işləri başlayıb. Bütün sutkalıq bərpa işləri 30 min saat çəkib. Təyyarə İsfahan şəhərində, Şəhid Babayi aviabazasında İran mütəxəssisləri tərəfindən təmir olunub.
Bu gün təyyarə sınaq uçuşunu uğurla tamamlayıb.
İkiyerlik F-14 reaktiv qırıcı təyyarəsi qanadın dəyişən geometriyası ilə 1970-ci illərin əvvəllərində hazırlanıb. İran F-14 ixrac edən yeganə ölkə olub. İran-İraq müharibəsində iştirak edən cəmi 79 təyyarə tədarük olunub.