Aİ ölkələri arasında ən yüksək maaş (vergi tutulmaları istisna olmaqla) Lüksemburq (1642 avro), İrlandiya (1462 avro) və Belçikada (1387 avro) təyin edilib. Bu barədə Avropanın statistika agentliyi Eurostat tərəfindən elan edilən məlumatlarda deyilir. RİA Novosti xəbər verir.
Ən aşağı maaş səviyyəsi Bolqarıstan (123 avro) və Rumıniyadadır (153 avro).
Minimal əmək haqqı Danimarka, İsveç, Finlandiya, Almaniya, İtaliya, Avstriya və Kipr istisna olmaqla, Aİ-nin 27 ölkəsindən 20-də təyin edilib.