...

Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artmaqdadır - Prezident İlham Əliyev

Dünya xəbərləri Materials 11 Avqust 2009 21:01 (UTC +04:00)
Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri yüksək olmasa da, bu sahədə getdikcə irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. AzTV telekanalının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artmaqdadır - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 11 avqust / Trend /

Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri yüksək olmasa da, bu sahədə getdikcə irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. AzTV telekanalının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

Prezident iki ölkə arasında iqtisadi əməkdaşlığın çox yaxşı prespektivlərini vurğulayıb və son bir neçə il ərzində ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində gözəçarpan nailiyyətlərin əldə olunduğunu deyib.

"Yaxşı siyasi münasibətlərin olması iki ölkənin işgüzar dairələrinə bir çox sahələrdə daha səmərəli şəkildə əməkdaşlıq etməyə imkan yaradır", - İlham Əliyev qeyd edib.


Prezident İlham Əliyev Azərbaycan-Latviya münasibətlərinin uğurla davam etdiyini və Latviya Prezidenti Valdis Zatlersin ölkəmizə səfərinin münasibətlərimizin inkişafında yeni səhifənin açdığını vurğulayıb.

İlham Əliyev bildirib ki, dünən bir sıra hökumətlərarsı sazişləri imzalamaqla ölkələrimiz arasında münasibətlərin qanunverici əsasları genişləndirilib.

Prezident iki ölkənin iş adamlarının görüşünün münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

"Hesab edirəm ki, hökumətlərarası birgə iqtisadi komissiyanın rolu çox vacibdir. Çünki o, biznesmenlərə qarşılıqlı təmaslar qurmağa, müxtəlif layihələri əlaqələndirməyə və daha cəlbedici sektorlara sərmayələrin qoyulmasına yardım edəcək. Dünənki müzakirələrdən sonra belə bir qənaətə gəldik ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Biz bazar uğrunda rəqabət aparmırıq. Əksinə, iqtisadiyyatlarımız bir-birinə uğurlu şəkildə dəstək verə bilər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti