Türkiyənin daxili işlər naziri Bəşir Atalay Türkyinin kürdyönlü Demokratik Toplum Partiyası (DTP) lideri Ahmet Türk ilə görüşüb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyic Ərdoğan da bundan öncə bu problemin həlli üçün DTP lideri Türk ilə görüş keçirib. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib.