Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında ABŞ-ın Türkiyədən Əfqanıstanda hərbi əməliyyatlarda iştirak üçün ordu tələb etməməsini bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
"ABŞ bu vaxta qədər Türkiyədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçün ordu tələb etməyib", - deyə Davudoğlu bildirib. XİN rəhbəri onu da bildirib ki, Əfqanıstanda Türkiyə hərbçiləri var, lakin onlar İSAF-ın (Beynəlxalq Sülhməramlı Qüvvələr) tərkibində iştirak edirlər.