...

Bağdaddakı partlayışlar nəticəsində 58 nəfər ölüb, 300 nəfər yaralanıb (YENİLƏNİB-1)

Dünya xəbərləri Materials 19 Avqust 2009 16:33 (UTC +04:00)

Çərşənbə günü Bağdadda baş verən partlayışlar nəticəsində ən azı 58 nəfər ölüb, təxminən 300 nəfər yaralanıb. Bu barədə Associated Press agentliyi İraq polisi və tibb işçilərinə istinadən xəbər verir.

Yerli vaxtla təxminən səhər saat 10:00-da Bağdadda bir neçə dəqiqə fasilə ilə iki minalanmış avtomobil partlayıb. Onlardan biri şəhərin şimalındakı Maliyyə Nazirliyinin binası, digəri "yaşıl zona" adlandırılan yerin yaxınlığında yerləşən XİN-in binası qarşısında partlayıb. Bu zona Bağdadda xüsusi qorunan, xarici diplomatik nümayəndəliklər və bir çox hökumət idarələrinin yerləşdiyi ərazidir. İkinci partlayışın yerində böyük çala meydana gəlib, partlayış dalğası qonşu binalardakı şüşələri sındırıb. Məlumatı RİA Novosti yayıb.

Bir qədər sonra şəhərin digər rayonlarında, müxtəlif məlumatlara görə, daha üç-beş partlayış baş verib. Associated Press agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib ki, partlayıcı maddələr avtomobillərə qoyulub. Böyük Britaniyanın BBC telekanalının məlumatına görə, "yaşıl zona" minaatanlardan atəşə tutulub.

Ölən və yaralananlar barədə məlumatlar mütəmadi dəqiqləşdirilir. Hökumət yeni terror aktları nəticəsində qurbanların sayının artacağını istisna etmir.

Xəbər lenti

Xəbər lenti