...

İsrail 2010-cu ilin iyul ayına yaşayış məntəqələrinin inşasını dondurmağa hazırdır - Haviyer Solana İsrail 2010-cu ilin iyul ayına yaşayış məntəqələrini dondurmağa hazırdır-Haviyer Solana

Dünya xəbərləri Materials 1 Sentyabr 2009 13:32 (UTC +04:00)
İsrail gələn ilin iyul ayının ortalarına Qərb sahillərində yəhudu yaşayış məntəqələrinin inşasını dondurmağa hazırdır, Aİ-nin xarici siyasət üzrə ali komissarı Haviyer Solana İsrailə səfəri zamanı fələstin agentliyi "Maana"a deyib.
İsrail 2010-cu ilin iyul ayına yaşayış məntəqələrinin inşasını dondurmağa hazırdır - Haviyer Solana

 

İsrail 2010-cu ilin iyul ayına yaşayış məntəqələrini dondurmağa hazırdır-Haviyer Solana

İsrail gələn ilin iyul ayının ortalarına Qərb sahillərində yəhudu yaşayış məntəqələrinin inşasını dondurmağa hazırdır, Aİ-nin xarici siyasət üzrə ali komissarı Haviyer Solana İsrailə səfəri zamanı fələstin agentliyi "Maana"a deyib.

Solana əlavə edib ki, İsrail və ABŞ yaşayış məntəqələri ilə bağlı problemin həlli üzərində əsaslı surətdə işləyirlər.

ABŞ İsraildən Yaxın Şərqdə sülh proseslərinin irəliləyişinə mane olan yaşayış məntəqələrinin inşasının tam dayandılrılmasını tələb edib.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi ilə görüşü zamanı fələstinlilərlə sülh danışıqlarının yenidən başlaması üçün inşaatın doqquz ay ərzində dayandırılacağı barədə deyib.

Fələstin Administrasiyasının başçısı Mahmud Abbas yaşayış məntəqələrinin fəaliyyəti bitməyənə qədər İsraillə danışıqların mümkün olmadığını deyib, Əl-Cəzirə məlumat verib.

Abbas bazar ertəsi Qətər əmiri ilə görüşü zamanı deyib ki, İsrailin Baş naziri Netanyahu ilə sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclası çərçivəsində nəzərdə tutulanı görüşü baş tutmayacaq. Abbas danışıqların yenidən başlanması üçün qəsəbələrin genişləndirilməsinin dondurulmasının vacibliyini qeyd edib.

ABŞ Dövlət Departamenti Prezident Barak Obamanın Yaxın Şərqdə münaqişələrin nizama salınması haqda yeni plan hazırladığı barədə məlumat verib. Plan yaxın günlərdə elan ediləcək.

Xəbər lenti

Xəbər lenti