...

Türkiyə və Ermənistan arasında protokolun imzalanması üçün Türkiyə Parlamentinin təsdiqi lazımdır – Baş nazir

Dünya xəbərləri Materials 1 Sentyabr 2009 18:03 (UTC +04:00)
"İki ölkə arasında protokolun imzalanması Türkiyə Böyük Millət Məclisinin təsdiqindən sonra mümkündür", - Ərdoğan bildirib.
Türkiyə və Ermənistan arasında protokolun imzalanması üçün Türkiyə Parlamentinin təsdiqi lazımdır – Baş nazir

Türkiyə və Ermənistan arasında protokolun imzalanması üçün Türkiyə Parlamentinin təsdiqi lazımdır. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

"İki ölkə arasında protokolun imzalanması Türkiyə Böyük Millət Məclisinin təsdiqindən sonra mümkündür", - Ərdoğan bildirib.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə ediblər. Bu barədə Türkiyə XİN-ə istinadən RİA Novosti xəbər verib.

"Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək", - məlumatda deyilir.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

"İkitərəfli münasibətlərin normallaşdırılması regionda sülhün təmin edilməsinə yardım edəcək. Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səylərin göstərilməsinə kökləniblər", - Türkiyə XİN-in məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti