...

İsrail Qərb sahilində yəhudi qəsəbələrinin bir hissəsinin inşasını dayandırmağa razılaşıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2009 11:17 (UTC +04:00)

Netanyahu ABŞ-ın tələblərinə uyğun olaraq, İordan çayının Qərb sahilində qəsəbələrin inşasını qismən dayandırmağa razılaşıb. Bu barədə BBC Arabic saytı İsrailin ikinci kanalına istinadən bildirib.

Tikintinin dayandırılması 300 min yəhudinin yaşadığı yeni qəsəbələrə aid ediləcək. Bu, digər 2500 qəsəbəyə, həmçinin 200 min israillinin yaşadığı Şərqi Qüdsdəki qəsəbələrə şamil edilməyəcək.

Qəsəbələrin inşasının dayandırılması müqabilində Qətər, Oman, Tunis, Mərakeşin və bəzi ərəb ölkələri öz ərazilərində İsrailin ticarət nümayəndəliklərini açacaqlar. Məlumatı İsrail telekanalı yayıb.

İsrail telekanalı xəbər verib ki, Baş nazir Benyamin Netanyahu ABŞ ilə yaxın zamanlarda gələcək əməkdaşlıq barədə müqavilə imzalamayıb. "Baş naziri hökumətdəki tərəfdaşlarına bildirib ki, ABŞ qəsəbələrin inşasının qismən dayandırlması ilə İsraili razı salmağa nail olub", - telekanal xəbər verir. Netanyahu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfiri Corc Mitçel ilə Londonda keçirilən görüşdə Fələstin Muxtariyyətinin rəhbərliyi ilə sülh prossesinin bərpası üçün qəsəbələrin inşasının müvəqqəti - doqquz ay müddətinə dayandırılması barədə planı təklif edib.

ABŞ Prezidenti Barak Obama ötən aylarda fələstinlilərlə danışıqların bərpası üçün İsraildən qəsəbələrin inşasının tamamilə dayandırılmasını tələb etmişdi. Avropa İttifaqı ölkələri ABŞ-ın mövqeyini dəstəkləyib.

Fələstin Administrasiyasının başçısı Mahmud Abbas İsrail Qərb sahilində yəhidi qəsəbələrinin inşasını dayandırmayana kimi Baş nazir Netanyahu ilə sentyabrın sonunda Nyu-Yorkda BMT-nin Baş Assambleyasında görüşməkdən və danışıqlar masasına əyləşməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti