...

Türkiyədə güclü sel nəticəsində beş nəfər itkin düşüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2009 11:27 (UTC +04:00)
Bu gün Türkiyənin Tekirdağ şəhərində baş vermiş güclü sel nəticəsində bir ailənin beş üzvü itkin düşüb.
Türkiyədə güclü sel nəticəsində beş nəfər itkin düşüb

Bu gün Türkiyənin Tekirdağ şəhərində baş vermiş güclü sel nəticəsində bir ailənin beş üzvü itkin düşüb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

ANADOLU agentliyinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində itən ailə üzvlərinin axtarılmasına başlanılıb. Sel nəticəsində şəhərdəki körpülərdən biri dağılıb, əkin sahələrinə külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti