...

Mitçel bazar günü Yaxın Şərqə səfər edəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2009 16:02 (UTC +04:00)
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfiri Corc Mitçel regionda sülh danışıqlarının davam etdirilməsi məqsədi ilə bazar günü İsrail və Fələstin Muxtariyyətinə səfər edəcək. Bu barədə Sinxua agentliyi ABŞ-ın Dövlət Departamentinə istinadən bildirib.
Mitçel bazar günü Yaxın Şərqə səfər edəcək

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfiri Corc Mitçel regionda sülh danışıqlarının davam etdirilməsi məqsədi ilə bazar günü İsrail və Fələstin Muxtariyyətinə səfər edəcək. Bu barədə Sinxua agentliyi ABŞ-ın Dövlət Departamentinə istinadən bildirib.

"Mitçelin səfəri bazar günü başlayacaq və çərşənbə axşamınadək davam edəcək, lakin səfərin təfərrüatları hələ dəqiqləşdirilməyib", - jurnalistlərə Ağ Evin mətbuat katibi bildirib.

Mitçel İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə görüşəcək.

Mitçel, həmçinin digər Yaxın Şərq ölkələrinə də səfər etməyi planlaşdırır.

Onun səfəri Barak Obama administrasiyasının İsrail tərəfindən "Yol xəritəsi" prinsipinə zidd olan yəhudi qəsəbələrinin genişləndirilməsi planının qəbul edilməsindən narazılıq bildirməsinin ardınca həyata keçirilir.

"ABŞ bu qəsəbələrin legitimliyini tanımır və hər hansı bir qəsəbə fəaliyyətinin dərhal dayandırılmasını tələb edir", - bu barədə Ağ Evin məlumatında deyilir.

"Biz danışıqlar üçün şərait yaratmaq məqsədi ilə fəaliyyət göstəririk və bu kimi hərəkətlər (qəsəbələrin inşası) bizim fəaliyyətimizi çətinləşdirir", - məlumatda deyilir.

Fələstin Muxtariyyəti və Ərəb Ölkələri Liqası bütün qəsəbələrin inşası dayandırılmayanadək İsrail ilə münasibətlərin normallaşdırılmasından imtina edir.

İsrail Qərb sahilində, həmçinin Şərqi Qüdsdə yəhudi qəsəbələrindəki evlərin sayını 450-dən 500-dək artırmağı planlaşdırır.

İsraildə hakimiyyətə gələn Benyamin Netanyahu hökumətinin yəhudi qəsəbələrinin inşasının dayandırılmasından imtina etməsi İsrailin ABŞ və Ai ilə münasibətlərində gərginliyə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti