...

Obama ABŞ-ın RƏM sisteminin Avropaya yerləşdirilməsi planına yenidən baxmaq niyyətini təsdiqləyib

Dünya xəbərləri Materials 17 Sentyabr 2009 20:48 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama raket əleyhinə müdafiə (RƏM) sisteminin Avropada yerləşdirilməsi üzrə planın təkrar nəzərdən keçirilməsi barədə məlumatı təsdiq edib.
Obama ABŞ-ın RƏM sisteminin Avropaya yerləşdirilməsi planına yenidən baxmaq niyyətini təsdiqləyib

ABŞ Prezidenti Barak Obama raket əleyhinə müdafiə (RƏM) sisteminin Avropada yerləşdirilməsi üzrə planın təkrar nəzərdən keçirilməsi barədə məlumatı təsdiq edib. Məlumatı "Vesti" telekanalı yayıb.

Çexiya KİV-in diplomatik mənbəyə istinadən məlumat verdiyinə görə, ABŞ Prezidenti Barak Obama cümə axşamı Çexiyanın baş naziri Yan Fişerə ABŞ-ın Çexiya ərazisində RƏM sisteminin yerləşdirilməsindən imtinası barədə məlumat verib. Bu barədə RİA Novosti yazır.

Bu gün Varşavada ABŞ-ın nümayəndə heyətin Polşanın xarici işlər Naziri Radoslav Siorsi ilə və prezident dəftərxanasının rəhbəri Vladıslav Stasyakla danışıqlar aparıb. ABŞ nümayəndə heyətinin üzvləri və Siorski görüşün nəticələri barədə şərh verməkdən imtina ediblər. Polşanın xarici işlər naziri ölkənin Baş nazirini danışıqlar haqqında bilavasitə məlumatlandırmaq üçün Donald Tuskun dəftərxanasına yollanıb.

RƏM sisteminin yaradılması layihəsini ABŞ-ın əvvəlki administrasiyası fəal şəkildə həyata keçirirdi. Corc Buş 2013-cü ildə Polşada 10 rakettutan, həmçinin İran tərəfindən güman edilən raket təhlükəsindən qorunmaq məqsədilə Çexiyada radar yerləşdirmək niyyətində olub.

RƏM məsələsi Barak Obamanın "dairəvi kabineti" tutduqdan sonra Vaşinqton və Moskva arasında yeganə ziddiyyət olaraq qalıb. Obama hələ seçkiqabağı kampaniyasında RƏM sisteminin Avropada yerləşdirilməsi planına yenidən baxmaq niyyətində olduğunu deyib. 

Xəbər lenti

Xəbər lenti