...

İranın xarici işlər naziri ABŞ dövlət kaitibini ikili siyasət yürütməkdən çəkinməyə çağırıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2009 12:48 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki ABŞ dövlət katibi Hilari Kilintonun ötən gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında İranın nüvə proqramı haqda dediklərinə cavab olaraq bildirib ki, ABŞ dövlət katibinin mövqeyi Cenevrədəki (BMT Təhlükəsizlik Şürasının 5 daimi üzvi və Almaniyanın İranla müzakirəsi) müzakirələrin nəticələri ilə üst-üstə düşmür.
İranın xarici işlər naziri ABŞ dövlət kaitibini ikili siyasət yürütməkdən çəkinməyə çağırıb

İranın xarici işlər naziri Mənuçöhr Müttəki ABŞ dövlət katibi Hilari Kilintonun ötən gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında İranın nüvə proqramı haqda dediklərinə cavab olaraq bildirib ki, ABŞ dövlət katibinin mövqeyi Cenevrədəki (BMT Təhlükəsizlik Şürasının 5 daimi üzvi və Almaniyanın İranla müzakirəsi) müzakirələrin nəticələri ilə üst-üstə düşmür. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Biz Kilintona məsləhət görürük ki, ikili siyasət yürütməsin və Buşun prezidentliyi dövründəki "nəticəsiz şüarlardan" çəkinsin", - deyə Müttəki deyib.

Müttəki əlavə edib ki, İranın təkliflər paketi və Cenevrədəki müzakirələrin nəticələri tərəflər arasında konstruktiv danışıqlar aparmağa səbəb ola bilər.

İranın nüvə porqramına dair yeni müzakirələr BMT Təhlükəsizlik Şürasının 5 daimi üzvi və Almaniya (5+1 qurup ölkələri) ilə İran arasında oktyabrın 1-də Cenevrədə keçirilib.

Xəbər lenti

Xəbər lenti